Tikintisi “Azəryolservis” ASC tərəfindən həyata keçirilən yolun eni 12 metrdir. Yolun tikintisinin dekabr ayında yekunlaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, ətraf kəndlərə gedən avtomobil yolları da abadlaşdırılıb.
Yolun inşası bölgədə turizmin daha da inkişaf etməsinə şərait yaradacaq. Çünki hazırda yenidən qurulan ”Qalaaltı” sanatoriyası da məhz bu ərazidə yerləşir.
Siyəzən-Məşrif avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ilkin olaraq 7 milyon manat vəsait ayrılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


