`Minaya düşən vətəndaşın həyati təhlükəsi yoxdur`- Açıqlama
“Bayram Süleymanov daxil olarkən şokda idi. Sağ ayağı tamamən parçalanmışdı. Ayağını amputasiya etdik. İndi xəstənin vəziyyəti əməliyyata uyğundur. Xəstənin həyatı üçün hər hansı bir təhlükə yoxdur”, - deyə Sayad Yusifov bildirib.
Tovuz rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Bayram Süleymanov mal-qaraya nəzarət edərkən minaya düşüb. Bildirilir ki, Əsrik-Cırdaxan kəndində sakinlər növbəlik prinsipinə əsasən heyvanlara nəzarət edirlər. Dünən də Bayram Süleymanovun növbəsi olub. Heyvanlardan bir neçəsini geri qaytarmağa çalışan Bayram Süleymanov minaya düşüb.
***
Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.
Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.