Maşın ağaca çırpıldı – xəsarət alan var

Maşın ağaca çırpıldı – xəsarət alan var
  08 Oktyabr 2014    Oxunub:1237
Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Muğanlı kəndində “Vaz” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “Vaz” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

AzVision.az


Teqlər:  



Xəbər lenti