Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq
  08 Oktyabr 2014    Oxunub:2026
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, şimal-qərb küləyi 10-15 m/s, gündüz şərq küləyi 7-12 m/s olacaq.
Havanın temperaturu gecə və gündüz 12-14°, gündüz 15-18° isti, Bakıda gecə 12-14°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 770 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 6-11°, gündüz 15-20° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.

Səhər ayrı-ayrı yerlərdə qərb küləyi 5-10 m/s, arabir güclənəcək, gündüz şərq küləyi 5-10 m/s-də çatacaq.

Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz isə tədricən kəsiləcəyi ehtimal edilir.

Qərb küləyi 5-10 m/s, arabir güclənəcək, gündüz şərq küləyinin 5-10 m/s olacaq.
Havanın temperaturu gecə 7-12° , gündüz 14-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında isə arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilri . Gündüz şərq küləyi 5-10 m/s çatacaq.

Havanın temperaturu gecə 5-10°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimal edilir. Gündüz yağış tədricən kəsiləcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacaq gözlənilir.
Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir güclənəcək, gündüz şərq küləyi 7-12 m/s-dək artacaq.
Havanın temperaturu gecə 9-14°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaqdır. Şimal-şərq küləyi 5-10 m/s, gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 14-19° isti, dağlarda gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti