Kommunistlər seçkilərə hazırlaşır

Kommunistlər seçkilərə hazırlaşır
  08 Oktyabr 2014    Oxunub:1361
Azərbaycan Kommunist Partiyası bələdiyyə seçkilərində iştirak edəcək.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, bu barədə partiyanın Mərkəzi Komitəsinin ötən gün keçirilən plenumunda qərar qəbul olunub.

Plenumda bələdiyyə seçkilərinə namizədliyi irəli sürüləcək partiya üzvlərinin də siyahısı təsdiq edilib.

Plenumda həmçinin təşkilati məsələyə də baxılıb. Partiyada üzvlər arasında ədavət, qarşıdurma yaratmağa cəhd göstərdiyinə görə, AKP MK - nın plenumu ilk partiya təşkilatının qərarına müvafiq olaraq, Məhsimova Gülnisə Əlisoltan qızı partiyadan çıxarılıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti