`Toydan çıxanda özümə gələ bilmirəm` - Nizami Cəfərov

`Toydan çıxanda özümə gələ bilmirəm` - Nizami Cəfərov
  08 Oktyabr 2014    Oxunub:7535
“Müğənnilərin toy qiymətləri çox bahalıdır. Düzdür, toy belədir ki, yasdan fərqli olaraq varlı insanlar varlı toyu edəcək, kasıb da kasıb toyu...”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib.

Müğənnilərin toy şənliklərində fanaqram oxumasından şikayət edən komitə sədri sənət adamlarının kəllə-çarxa çıxan toy qiymətlərindən də narazılıq edib:

“Bu çox ciddi problemdir. Toyda canlı oxumaq olmayanda istər -istəməz sənətə qarşı aqressiya göstərirlər. Sənət tələb edir ki, canlı oxuyasan. Bu da var ki, müğənnilərin toya gəlmə qiymətləri çox bahalıdır. Düzdür, toy belədir ki, yasdan fərqli olaraq varlı varlı toyu edəcək, kasıb da kasıb toyu edəcək. Dünya yaranandan belədir.

Toylarımızın təşkil olunma səviyyəsi aşağıdır. Restoranlarda qışqırıqla səslənən musiqidən nə zövq ala bilirsən, nə də dincələ bilirsən. Oradan çıxandan sonra da bir -iki saat özünə gələ bilmirsən. Bunun üçün hətta bizdə qərar da qəbul olunmuşdur ki, musiqinin səsinin hansı həddə qədəri olmalıdır. Nədənsə buna əməl olunmur”.

N.Cəfərov müğənnilərin vergidən yaydındıqlarını də diqqətə çatdırıb:

“Bahaçılığın qarşısını almaq çətindir. Çünki hər hansı müğənni toya gəlmə qiymətini dikə edir, kimlərsə də bununla razılaşır. Mən bunda ciddi problem görmürəm. Sadəcə problem ondadır ki, müğənnilər vergidən yayınırlar. Düşünürəm ki, amma bu məsələlər müzakirə olunursa, bu sahədəki narazılıqlar da zamanla həllini tapacaq”.

Şəhanə Rəhimli


Teqlər:



Xəbər lenti