“Müsavatın rəhbərliyi hakimiyyətə işləyir”

“Müsavatın rəhbərliyi hakimiyyətə işləyir”
  08 Oktyabr 2014    Oxunub:2060
“Müsavat partiyasının qurultayından sonra baş verən hadisələr göstərdi ki, bu partiyanın rəhbərliyində olan insanların əksəriyyəti hakmiyyətə işləyən adamlar imiş. Bu fikir başqanlığa namizəd Qubad İbadoğlu ilə başqan müavini Gülağa Aslanlının bir-birinə ittihamında da acıq səsləndirilir”.

Bu fikir BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlıya aiddir. Onun sözlərinə görə, İsa Qəmbər 22 ildir YAP-ı ittiham edirdi ki, seçki ədalətli keçirilməyib və saxtakarlıq olub. Bu gün isə məlum oldu ki, İsa Qəmbər 450 nəfərlik bir qurultayda ədalətli seçki təşkil edə bilməyən qabiliyyətsiz adam imiş.

“Bütün bunlar onu göstərdi ki, İsa Qəmbərin özü saxtakar, demokratik prinsiplərdən kənar adamdır, 22 ildir boş-boş danışırmış. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm: İsa Qəmbər, nə gündəsən?!” – deyən BAXCP sədrinin müavini faktik Müsavat partiyasının parçalandığını və yaxın zamanlarda bunun rəsmiləşəcəyini deyib: “Artıq Müsavatın parçalanması göz qabağındadır. Müsavat facebook-da artıq parçalanıb. Hər gün Arif Hacılı tərəfdarları ilə Qubad İbadoğlu tərəfdarları bir-birini təhqir edir, nifrət püskürür. Yaxın zamanlarda partiya rəsmən parçalanacaq. Bu gün Müsavat partiyasında mövcud olan iki tərəfin hər ikisi hakimiyyətlə əlaqəli adamlardır. Və bunları da hakmiyyət idarə edir”.


Teqlər:  



Xəbər lenti