`Qubad başqanlığa layiq idi` - Vüqar Bayramov
Son günlər yeni başqan Arif Hacılı ilə qardaşının yaşadığı qalmaqala münasibət bildirən V.Bayramov qeyd edib ki, seçkilərin nəticələri partiyada müzakirə olunmalıdır.
“Nəzərə alsaq ki, mən Müsavat Partiyasının üzvü deyiləm və rəyimin subyektiv qəbul olunmasını istəməzdim. Eyni zamanda mən praktiki olaraq siyasi proseslərdən kənardayam. Bunları nəzərə alaraq qiymətlədirmənin Müsavat üzvləri tərəfindən aparılmağını daha doğru sayıram”.
Müsavatda səslənən qarşılıqlı tənqidi fikirlərdən gəlincə, V.Bayramov vurğulayıb ki, bu, partiyadaxili məsələdir: “Buna görə də mən qiymətləndirə bilmərəm ki, qarşılıqlı tənqidləri səsləndirənlər nə dərəcədə haqlıdrılar. İqtisadçı olduğumdan siyasətdən kənar durmaqla, müstəqilliyini qorumaqla daha çox töhvə verə bilər”.
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də baş ttutan VIII qurultayında partiyanın yeni başqanı seçilib. Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslının namizəd olduğu başqanlıq marafonunda 228 səs toplayan Arif Hacılı başqan seçilib. Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıb.
Seçkidən sonra Qubad İbadoğlu nəticələrə etiraz edib və tənqidi fikirlər səsləndirib.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


