MSK-dan Mübariz Qurbanlı ilə bağlı AÇIQLAMA

MSK-dan Mübariz Qurbanlı ilə bağlı AÇIQLAMA
  09 Oktyabr 2014    Oxunub:3064
“Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə hələ baxmayıb”.
Bunu AzVision.az-a açıqlamasında MSK-nin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.

MSK-nın rəsmisi bildirib ki, növbəti iclasların birində bu məsələyə baxılacaq.

Xatırladaq ki, İyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti