Bələdiyyə seçkilərinin vaxtı hələ də bilinmir
Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli AzVision.az-a açıqlamasında bildirib ki, bələdiyyə seçkilərinin elan olunması MSK-nın Komissiyasının iclasında komissiyanın qərarı ilə müəyyən olunur:
“Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələyə baxılacaq”-deyə MSK rəsmisi vurğulayıb.
Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


