`Azərbaycanda bəzi QHT-lər İŞİD-in funksiyasını yerinə yetirir` - Millət vəkili
Bu sualı millət vəkili, telejurnalist Sahib Alıyev qoyub. Onun sözlərinə görə, hədələyənlər gizlətmirlər ki, buna səbəb ermənilərlə sıx əməkdaşlıq edən, hələ bu azmış kimi, vergidən yayınma və başqa əməllərə əl ataraq Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan QHT təmsilçilərinin məsuliyyətə cəlb edilmələri onların xoşuna gəlmir. Çünki həmin QHT-lər bir növ İŞİD-in funksiyasını yerinə yetirirlər:
- Azərbaycanda İŞİD kimi bir terrorçu qurum formalaşdırmaq mümkün olmadığından, xaos yayıcısı kimi bəzi QHT-lərdən faydalanılır. Bunun qarşısı alınanda isə bir milyondan artıq azərbaycanlının hüququnun pozulmasına, öz dədə-baba yurdlarından qovulmalarına göz yumanlar insan haqlarından dəm vururlar. Soruşuram: Leyla Yunus kimilər insandırsa, bəs onunla sıx iş birliyində olan ermənilərin ev-eşiklərindən didərgin saldıqları milyondan artıq qaçqın və məcburi köçkünlər kimdir? Onlar insan deyillərmi? Niyə bircə dəfə olsun belə, haqqı pozulmuş bu insanlarımızdan danışmırlar?
Millət vəkilinin sözlərinə görə, hətta qərbdəkilərin tələbləri yerinə yetirilərək Leyla Yunus və onun kimilər həbsdən buraxılsalar belə, bizi yenə də nədəsə suçlandıracaqlar: “Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın iddialı siyasət yürütməsi, yəni öz milli maraqlarından çıxış etməsi haqda ötən həftə yazdıqları göstərir ki, onları qıcıqlandıran budur. Onlar istəmirlər ki, az-çox resursu olan hər hansı bir ölkə milli maraqlarını ön plana çıxarsın. Özəlliklə də əgər o, müsəlman ölkəsidirsə, bunu heç istəmirlər. Budur məsələ, ona görə də həmin ölkələrə, demək, bizə də təzyiq üçün həmişə nəsə axtarılıb tapılır və tapılacaq. Belə hallarda sadəcə “karvan gedər” prinsipindən çıxış etmək lazımdır”.
Alıyevin sözlərinə görə, bəlli çevrələrin bizi niyə gözləri götürmədiyini və nə qədər "sevdiklərini " bilmək üçün cənab Prezidentin ötən gün 9 ayın yekunlarına dair müşavirədə səsləndirdiyi bu fikirlərə diqqət yetirmək bəs edir: "Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləyib, böyük qazanc, milyardlarla vəsait əldə ediblər. Ancaq bizim üçün nə qoyub gediblər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq, qazanc dalınca Azərbaycana gəliblər, böyük pullar əldə ediblər. Ancaq bizə nə qoyub gedibşlər? Qara şəhəri. İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcək".







Vaxtında, Aydın, Lazımlı!


