Əsgərlikdən qayıdan gəncin faciəsi

Əsgərlikdən qayıdan gəncin faciəsi
  09 Oktyabr 2014    Oxunub:2751
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Sabirabad rayon sakini Mirdamət Tahir oğlu Bibiquliyev idarə etdiyi “QAZel” markalı avtomobillə rayonun Minbaşı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Murad İntiqam oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edilir ki, Murad Cəfərov oktyabrın 2-də ordu sıralarında hərbi xidmətini başa vuraraq tərxis olunub.


Teqlər:





Xəbər lenti