`Bacım bıçaqlanmayıb` - Xanım məmur danışdı

`Bacım bıçaqlanmayıb` - Xanım məmur danışdı
  09 Oktyabr 2014    Oxunub:15778
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bacısının həyat yoldaşı tərəfindən bıçaqlanması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az-a açıqlamasında Vəsilə Möhsümova bacısı Təzəgül Möhsümovanın bıçaqlanması xəbərinin doğru olmadığını deyib.

“Çox təəssüf edirəm. Burada hər hansı bir yalnış anlaşılma olub”-deyə V.Möhsümova vurğulayıb.

Qeyd edək ki, bu barədə axar.az saytı məlumat yayıb ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.

Bildirilir ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının durumunun stabilləşdiyi qeyd edilir. T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti