“Karvan” söndürüldü: 1 ölü, 5 yaralı - Yenilənib (Fotolar)

“Karvan” söndürüldü:  1 ölü, 5 yaralı - Yenilənib (Fotolar)
  10 Oktyabr 2014    Oxunub:5771
Yanğın zamanı dünyasını dəyişən və yaralanan şəxslərin ticarət mərkəzinin dördüncü mərtəbəsində işləyən fəhələlər olduğu bildirilir. Hadisə yerində olan şəxslərin dediyinə görə, yaralılar şərxoş vəziyyətdə olublar.

***

Sumqayıtda `Karvan` Ticarət Mərkəzində baş verən yanğının qarşısı alınıb. Hazırda hadisəsin baş vermə səbəbləri araşdırılır.

AzVision.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının elektrik naqillərində qapanma nəticəsinə baş verdiyi ehtimal edilir.

Hadisə yerinə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanğın zamanı ticarət mərkəzində bəzi mağazalara ciddi ziyan dəyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın binanın aşağı hissəsində yerləşən "Garda" və "Ustop" mağazalarında başlayıb və 4-cü mərtəbəyədək yüksəlib.

***
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.

FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.

Əlavə məlumat veriləcək.









Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti