İlham Əliyev: “MDB öz potensialını itirməyib” - VİDEO

İlham Əliyev: “MDB öz potensialını itirməyib” - VİDEO
  10 Oktyabr 2014    Oxunub:3252
Bu gün Belarusun paytaxtı Minskdə MDB dövlət başçılarının sammiti öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, sammiti Belarus prezidenti Aleksandr Lukaşenko açıq elan edib. O dövlət başçıları arasında çıxış üçün ilk sözü Azərbaycan prezidenti İlham Əliyevə verib.

Belarus həmkarına təşəkkür edən İlham Əliyev Minsk şəhərinin çox gözəlləşdiyini qeyd edib.

Ölkə başçısı həmçinin çıxışında qeyd edib ki, MDB öz potensialını itirməyib.
“Bu regional və beynəlxalq aləmdə aktual məsələlərin müzakirə olunduğu qarşılıqlı əməkdaşlıq meydançasıdır”.

“Azərbaycan MDB-də öz iştirakına böyük əhəmiyyət verir. Biz hesab edirik ki, bu təşkilat çərçivəsində qarşılıqlı anlaşma, bir-birimizin problemlərini anlama, həmçinin digər vacib məsələlər barədə xeyli sayda razılaşmalar əldə olunub. Biz həmçinin MDB-yə üzv ölkələrin böyük əksəriyyəti ilə ikitərəfli formatda aktiv şəkildə əməkdaşlıq edirik. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində əlaqələrimizin təməlini möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əlaqələrin potensialını gücləndirməyə çalışacayıq”, -deyə İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, iqtisadi, investisiya sahələrində yaxşı əlaqələr var. Bu gün təbii ki, narahatlıq doğuran məsələlərə diqqət ayracağıq. Bu məsələlər regional, beynəlxalq təhlükəsizliklə bağlıdır.

Təbii ki, bizim sərhədlərdən helə də uzaq olmayan ərazilərdə baş verənlər bizi narahat edir. Yaxın Şərqdə, Avropada baş verənlər adekvat qiymətləndilməli və hər bir ölkə öz qərarları ilə inam, təhlükəsizlik və əməkdaşlığa töhfəsini verməlidir. Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə qiymətləndiririk. Hesab edirik ki, bizim ölkəmizin apardığı siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşməsinə istiqamətlənib.



Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  



Xəbər lenti