Arif Hacılı ilə bağlı ifşaedici FAKTLAR

Arif Hacılı ilə bağlı ifşaedici FAKTLAR
  10 Oktyabr 2014    Oxunub:11130
Müsavat Partiyasında başqan seçimləri başa çatsa da namizədlər arasında dava-qırğın bitmək bilmir. Sosial şəbəkələrdə bir-birlərini `ağ yuyub, qara sərən` Arif Hacılı tərəfdarlarının seçkiqabağı gizlin birlikləri, qruplaşmaları ortaya çıxıb.

AzVision.az-ın araşdırması zamanı məlum olub ki, başqan seçkiləri zamanı müsavatçılar bir-birinə qarşı qrup şəklində “Gizli kampaniya” aparıblar. Seçkilər başa çatdıqdan sonra isə, bu dəfə gizli qrupdakı pıç-pıç Nikolayın evini yıxa bilməsə də, Arif Hacılı tənqidçilərinin evini yıxıb. Belə ki, başqanlığa namizəd olan Arif Hacılı 228 səs toplayaraq Müsavat partiyasının başqan seçilib.


Amma bundan sonra gizli qrupdan xəbər tutan Arif Hacılı “əleyhdarları” qisas almaq üçün Facebook sosial şəbəkəsi vasitəsilə həmin söhbətləri ortalığa tökmək qərarı verib.

Başqanlığa digər namizəd Qubad İbadoğlunu dəstəkləyən müsavatçılar çox uzağa getmədən, baltanın sapı özümüzdən olsun deyərək, Müsavat partiyasının üzvü Yalçın Abbaslının Facebook profili sındıraraq səhifəsində screenshotlar yerləşdiriblər.

Screenshotlardan göründüyü kimi, seçkidən öncə Arif Hacılı və tərəfdarları tərəfindən Facebook sosial şəbəkəsində gizli qapalı qruplar yaradılıb. Gizli qrup seçki ərəfəsində və ondan sonra Arif Hacılı tərəfdarlarının ortaq məxrəci kimi fəaliyyət göstərib.

Qrupda yazılanlara diqqət yetirəndə aydın görmək olur ki, Arif Hacılı öz opponentlərinə qarşı gizli şəkildə kampaniya aparmaq üçün bu yola baş vurub. Arif Hacılı tərəfdarlarını ən çox da narahat edən Qubad İbadoğlunun başqanlığa namizədliyini verməsi olub.

Gizli qrupda aktiv olan Səxavət SoltanlıQubad İbadoğlunun statusunun altında yazdığı şərhin “layk” yığa bilməsi üçün Arif Hacılının tərəfdarlarından “layk” istəyir.

“Xahiş edirəm Qubad İbadoğlunun son statusunun altındakı kommentimə ciddi təşkil edək və likelar çox olsun. Komment də yazmağın mümkünsə bunu daha çox adama etdirək”.



Arif Hacılının yaratdığı gizli qrupda Qubad İbadoğulunun hakimiyyəti müsavatçılar tərəfindən lağa qoyularaq “Qubadistlər” hakimiyyəti adlandırılır. Bu da digər müsavatçının qrupda yazdığı gizili status:

“Bir dəstə Qubadist hakimiyyətin dəstəyi ilə Müsavatın axırına çıxmaq istəyir. Hər cürə iftiralarla, şər-böhtanlarla üstümüzə hücuma keçiblər. Bunların ağzını yuman, ağzından vuran olmayacaqmı?Bu saxtakar dəstədən nifrət edirəm iyrənirəm onlardan”.



Arif Hacılının tərəfdarlarından olan Heybət Əmrah Qurultay öncəsi digər namizəd Qubad İbadoğluya səs verməsi üçün ona zəng edildiyini vurğulayır:

“Adamda sifət var eee. Qurultay öncəsi Əlövsət Talışxanlı şəxsən mənə zəng vurub Qubad İbadoğluya səs istəyib. Ümumiyyətlə mənə 4 zəng olub, hamısı da Qubad İbadoğluya görə. Əgər hər hansı pozuntu var idisə, Əlövsət Talışxanlı MTNK üzvü kimi qurultayda hesabat verəndə niyə demədi? İndi ağzına gələni danışır. Həyəsazlığın dərəcəsinə bax ki, 77 sifəti olan bu adam İsa bəyi nədəsə günahlandırır”



Digər müsavatçı Rüfət Baxışbəyli də o Arif Hacılının gizli qrupunun üzvlərindəndir. Seçki zamanı Rüfətin: `elə istəyirəm bunların hər statusunun altından Poah yazam, məntiqsiz, rabitəsizlər dəstəsi” statusu isə qrup üzvləri tərəfindən bəh-bəhlə qarşılanır`



Screenshotlardan aydın görünür ki, Arif Hacılının tərəfdarları digər namizədlərin tərəfdarlarını “üsyançılar” adlandırır:

`Bu günkü təpkidən sonra fikir verirsiniz ki, üsyançılar geri çəkiliblər. Bax, belə lazımdır, bəsdir daha onların nazı ilə oynadıq, söz deyənə anında qapını göstərmək lazımdır`



Arif Hacılının tərəfdarları seçki gedə-gedə başqanlığına keçmiş namizəd Səxavət Əlisoyun şəklini paylaşaraq, seçkinin nəticələrindən sonra gözlərinin bərəldiyini yazıblar:



Müsavat Partiyasının Qadınlar Təşkilatının eks sədri Vəfa Cümşüdlü isə seçki gedə-gedə “Partiyadan gedib yerimizi Əli Abbasova verməliyik” şərhi verib.




Başqanlığa namizəd Qubad İbadoğlunun qurultay zamanı çıxışı Arif Hacılının gizli tərəfdarları arasında müzakirə olunur:



Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin istefası isə qrup üzvləri tərəfindən açıq-aşkar dəstəklənir:



Qeyd edək ki, gizli qrupdakı aşkar materiallar ortaya çıxandan sonra müsavatçı Elçin Carullazadə də partiya sıralarından istefa verib. O bildirib ki, Arif Hacılının tənqidçilərinin istefası Müsavat üzvlərini sevindirsə də, artıq gənclər bu yolda mübarizə aparmaqdan iyrəniblər.



Mirvari Nəcəf
AzVision.az




Teqlər:  





Xəbər lenti