Şahin Mustafayev yeni səfirlə görüşdü

Şahin Mustafayev yeni səfirlə görüşdü
  11 Oktyabr 2014    Oxunub:1632
Oktyabrın 10-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə Valdas Lastauskası təbrik etmiş və Azərbaycandakı fəaliyyətində uğurlar arzulamışdır. Vurğulanmışdır ki, Azərbaycan və Litva arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Nazir Şahin Mustafayev mövcud hüquqi bazanın, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin, keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını qeyd edib.

Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə bu il Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının növbəti iclasının və biznes forumun Azərbaycan regionlarından birində keçiriləcəyi bildirilmiş, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən əczaçılıq, İKT, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayev görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.


Teqlər:



Xəbər lenti