Qadın həbsxanaya narkotik keçirmək istədi

Qadın həbsxanaya narkotik keçirmək istədi
  11 Oktyabr 2014    Oxunub:1461
2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ağamusa Hüseynağa oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 8 ünvanında yaşayan vətəndaş Minayə Əbdülməmməd qızı Bağırovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman qadının alt paltarında gizlətdiyi 1 ədəd sellofana bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.


Teqlər:



Xəbər lenti