Bakıda 3 avtomobil yanıb

Bakıda 3 avtomobil yanıb
  11 Oktyabr 2014    Oxunub:1506
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb.
AzVision.az Fövqəaldə hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Daha iki yanğın hadisəsi isə Xətai rayonund abaş verib. Belə ki, rayonda sahibi məlum olmayan "OPEL" markalı minik avtobobilinin mühərriki və qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 05:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus “PEUGEOT” markalı minik avtomobilinin isə mühərrikində elektrik naqilləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub və saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti