Atəşkəs 16 dəfə pozuldu

Atəşkəs 16 dəfə pozuldu
  11 Oktyabr 2014    Oxunub:1126
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.
AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti