Rusiyanın müdafiə naziri Bakıya gəlir

Rusiyanın müdafiə naziri Bakıya gəlir
  11 Oktyabr 2014    Oxunub:2605
Rusiya Federasiyasının müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti