Bayrağımız 162 metrə belə qaldırıldı - FOTO

Bayrağımız 162 metrə belə qaldırıldı - FOTO
  11 Oktyabr 2014    Oxunub:3178
Bu gün Azərbaycanın ən böyük bayrağı havaya qaldırılıb.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam!” aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb.

Mərasim ictimaiyyətə açıq olub. Belə ki, istəyən şəxs bu prosesi canlı izləyib.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb.

Bayrağın qaldırılmasında bir çox dövlət rəsmiləri, ictimai xadimlər, idmançılar iştirak ediblər.

Bu tədbirin ilk dəfə olaraq ictimaiyyətə açıq şəkildə keçirilməsində məqsəd vəzifəsindən, mövqeyindən asılı olmayaraq insanların birliyini göstərməkdir.

Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.(Ans)





Teqlər:



Xəbər lenti