Ata qızının başını kəsdi
Hüquq-mühafizə orqanlarından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Tofəddin Hacıyev qızını öz evlərinin arxasında öldürüb.
Deyilənlərə görə, Aidə Hacıyeva bir neçə il əvvəl həyat yoldaşından ayrılıb. Tofiq Hacıyev rayonda yaşayan qızını namus üstündə öldürdüyü qeyd edilir.
Qeyd edək ki, Tofəddin Hacıyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, adam öldürmək üstündə 10 il dəmir barmaqlıqlar arasında olub və həbsdən yeni çıxıb.
Qizının başını kəsən ata polis tərəfindən saxlanılıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


