Mühafizə alayında müşavirə keçirilib

Mühafizə alayında müşavirə keçirilib
  11 Oktyabr 2014    Oxunub:2557
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov Mühafizə alayının komandanlığı və bölük komindirlərinin iştirakı ilə müşavirə keçirib. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müşavirə Mühafizə alayının fəaliyyəti üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub.

Rəis müavini çıxış edərək xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyyələrini verib.

Müşavirədən sonra N.Cəlilov xidmətə yeni başlayan gənc əsgərlərlə görüşüb.

AzVision.az





Teqlər:





Xəbər lenti