Qadın qonşusu tərəfindən bıçaqlandı
Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.