Zəvvarlarımız qəzaya düşdü - 3 ölü, 10 yaralı (Yenilənib)
AzVision.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Neftçala rayon sakinləri - 1959-cu il təvəllüdlü Elşad Qəzənfər oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Afət Həsənağa oğlu Məhərrəmov və 1952-ci il təvəllüdlü Həbib Məhəmməd oğlu Məhərrəmovdur.
***
Fövqəladə Hallar Nazirliyi qəzaya düşən zəvvarlarla bağlı rəsmi məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Əməliyyat saat 07:30-da başa çatıb.
***
Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu, Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub.
Qəza nəticəsində xeyli zəvvarın yaralandığı bildirilir. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub. (ans)