İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  13 Oktyabr 2014    Oxunub:1759
Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 12-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

İmtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb.

İmtahan nəticələri elə həmin gün – oktyabrın 12-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınmışdır.
Onlardan 2 nəfəri imtahana gəlməmişdir. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub.

AzVision.az


Teqlər:



Xəbər lenti