İcra hakimiyyətləri yoxlanılacaq

İcra hakimiyyətləri yoxlanılacaq
  13 Oktyabr 2014    Oxunub:2621
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Şirvan Şəhər İcra Hakimiyyətinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin, həmçinin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” xərcləri bölməsi üzrə Naxçıvan MR Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.


Teqlər:



Xəbər lenti