Milli Şuranın mitinqində erməni izi - AÇIQLAMA

Milli Şuranın mitinqində erməni izi - AÇIQLAMA
  13 Oktyabr 2014    Oxunub:2310
“Milli Şura üzvləri mitinqdə adam çox görünsün deyə hər kəsə müraciət edib mitinqə dəvət ediblər. Həmin adam da onların müraciəti əsasında ora gəlib və İŞİD-in bayrağını gətirib”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın ötən gün keçirilən mitinqdə İŞİD terror təşkilatının bayrağının dalğalandırılmasına münasibət bildirərkən deyib.

S.Novruzov hesab edir ki, mitinq təşkilatçıları üçün aksiyada kimin iştirak etməyinin fərqi yox idi:

“Onlarçün fərqi yoxdur, kim olur olsun əsas odur ki, Azərbaycan dövlətinin əleyhinə olsun. Mitinq də Avropada olan bir qrup adamın və erməni lobbisinin dəstəyi və təhriki ilə keçirilib. Mövzu, mitinqdə qaldırılan məsəllərə diqqət etsəniz görərsiz ki, bu gün erməni lobbisinin Leyla və Arif Yunusla bağlı qaldırdığı məsələ ilə eynidir, bunu da burada Əli Kərimli ilə Cəmil Həsənli edir. Bunlarda hansı dinə imana qulluq etmək məsələsi yoxdur. Sadəcə olaraq onlara çoxlu adam lazımdır ki, pul verən təşkilatlara göstərsinlər ki, bu qədər adam toplamışıq”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti