Xədicə İsmayılın məhkəməsi təxirə düşdü
AzVision.az xəbər verir ki, Xədicə İsmayıl Facebook səhifəsində məlumat yayıb:
“Bugünkü məhkəmə prosesi təxirə salındı. Növbəti iclas 17 oktyabr saat 11:30-da keçiriləcək. Məhkəmədən dedilər ki, uçuşa qadağa qoyulması onların tələbi ilə baş verməyib”.
Qeyd edək ki, oktyabrın 10-da keçirilən məhkəmə prosesi bugünkü tarixə təxirə salınmışdı. İddia keçmiş KXCP fəalı Elman Həsənov tərəfindən qaldırılıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


