Xədicə İsmayılın məhkəməsi təxirə düşdü

Xədicə İsmayılın məhkəməsi təxirə düşdü
  13 Oktyabr 2014    Oxunub:1348
KXCP-dən istefa verən bayraqdar Elman Türkoğlu ilə jurnalist Xədicə İsmayılın bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

AzVision.az xəbər verir ki, Xədicə İsmayıl Facebook səhifəsində məlumat yayıb:
“Bugünkü məhkəmə prosesi təxirə salındı. Növbəti iclas 17 oktyabr saat 11:30-da keçiriləcək. Məhkəmədən dedilər ki, uçuşa qadağa qoyulması onların tələbi ilə baş verməyib”.

Qeyd edək ki, oktyabrın 10-da keçirilən məhkəmə prosesi bugünkü tarixə təxirə salınmışdı. İddia keçmiş KXCP fəalı Elman Həsənov tərəfindən qaldırılıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti