Bakıda su olmayacaq

Bakıda su olmayacaq
  13 Oktyabr 2014    Oxunub:1682
Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 14 oktyabr 2014-cü il saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti