Bakı metrosu 24 saat işləyə bilərmi?

Qonşu ölkələrdən Rusiyada metro 06:00-01:00-dək fəaliyyət göstərir. Tibilis və İstanbulda metropolitenin iş qrafiki bizim ölkədə olduğu kimidir. Avropa ölkələrinə gəldikdə, London metrosu bizim ölkənin metropoliteni ilə müqayisədə 1 saat artıq fəaliyyət göstərir. Paris metrosu isə adi günlərdə 24 saat işlədiyi halda, həftənin 5 və 6-cı günləri 02:00 qədər işləyir. Ümumiyyətlə Avropa ölkələrinin bir çoxunda metro həftə sonları bir qədər artıq işləyir. “New-York” metrosu isə həftənin bütün günləri 24 saat fəaliyyət göstərir.
Bakı metrosu 24 saatlıq iş qrafikinə keçə bilərmi?
Gələcəkdə 24 saatlıq iş qrafikinə keçmək planına gəlincə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, “Bakı Metropolitenində bu barədə hər hansı bir müzakirə getmir”.
Qeyd edək ki, ilk dəfə 2 il öncə ölkəmizdə keçirilən beynəlxalq mahnı müsabiqəsində metropoliten 24 saat iş qrafikində işləyib. Belə ki, Bakı Metropoliteni "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar olaraq günün 24 saatı işləyib. Həmin yarışmanın final və yarımfinal günlərində Bakı Metropoliteni gecədən səhərə qədər fəaliyyət göstərib.
Anar Kəlbiyev