Sabahdan hava dəyişir - isti olacaq

Sabahdan hava dəyişir - isti olacaq
  13 Oktyabr 2014    Oxunub:1818
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti