Müsavatçı gənclər `qırğına çıxdılar`

Müsavatçı gənclər `qırğına çıxdılar`
  13 Oktyabr 2014    Oxunub:1830
Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Nigar Yaqublu Facebook səhifəsində partiyadan istefa verən Gənclər Təşkilatının sədri Əhliman Abbasını səviyyəsizlikdə ittiham edib.
Sədr Əhliman Abbasın istefasına münsaibət bildirən N.Yaqublu bu xəbərə sevinib:

“Əhliman Abbasın istefa xəbərinə çox sevindim. Ona görə ki, sədr olduğu dönəmdən bu yana demək olar ki, bir uğuru olmayıb, hətta gənclər arasında heç bir nifuzu belə qalmamışdı. Buna görə də onun sədr kimi qalması Müsavat Gənclər Təşkilatının nifuzuna ziyan vururdu. Və hətta təşkilatda gənclər belə ona məhəl qoymurdular. Bundan savayı gənclər Qurultaydan sonra onun istefa verib MGT-dən uzaqlaşmasını istəyirdi. Bunu öz tərəfindən və öz istəyi ilə etməsi bizim üçün göydən düşmə oldu düzü”.

Nigar Yaqublunun sözlərinə görə, bu istefaların əsas xeyri odur ki, mübarizəyə kiminlə gedəcəyin bəlli olur: “Kimin kim olduğu isə daha aydın görünür. Adam bir şeyə təəssüflənir ki, heç nədən bir şey yarat o da gəlib böyük bəyanat verib partiyadan istefa versin. Düzü partiyanın belindən özlərinə reputasiya yaratmaq istəyənləri anlaya bilmirəm. Adama deyərlər burnun girməyən yerə niyə başını salırsan? Yaxşı ki, Əhlimana hələ sədr olmamışdan qabaq ona güvənmədiyimi demişdim və fikirlərimdə yanılmadığımı sübut etdiyi üçün ona bir təşəkkür də düşür. Gülə-gülə!”.

Qeyd edək ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas partiyadan istefa verib. O, istefa haqqında qərarının partiyadaxili qarşıdurmalar və qurultaydan sonrakı vəziyyətlə bağlı olduğunu qeyd edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti