Millət vəkili: `Bunu hamı pisləməlidir`

Millət vəkili: `Bunu hamı pisləməlidir`
  13 Oktyabr 2014    Oxunub:1686
Avropa Parlamentinin deputatı, Avropa Birliyi-Ermənistan dostluq qrupunun rəhbəri Eleni Teoxarus Dağlıq Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edib. O, Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Bununla yanaşı, separatçı qurumun Avropa ilə əməkdaşlıq perspektivi məsələlərinə toxunulub. Qarabağ separatçılarının lideri Bako Saakyan bildirib ki, Avropa ilə münasibətlərin inkişafında maraqlıdırlar.

Millət vəkili Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında bu səfərə münasibət bildirib. Deputat qeyd edib ki, bu torpaqlar Azərbaycan torpağıdır və bütün beynəlxalıq təşkilat bunu belə tanıyır:

- Belə olan halda Avropa Birliyinin deputatına Azərbaycan hökümətinin icazəsi olmadan separatçı qurumla görüş üçün bu ərazilərə getməsi beynəlxaql hüquq normalarına qanunsuz münasibətin təzahürüdür. Maraqlıdır ki, tanınmamış qurumun prezidenti ilə görüş keçirir və Dağlıq Qarabağ-Avropa Birliyi əməkdaşlığının perpekstikləri müzakirə olunur. Tanınmayan bir separatçı rejim necə ola bilər ki, özünü demokratik cəmiyyət adlandıran Avropa Parlamenti ilə əməkdaşlıq etsin?! Bu biabırçılıqdır. Biz bu gün şahidi ola bilmərik ki, Avropa Parlamentinin bir üzvü Luqansk ya da Donetskə səfər edib orada tanınmayan respublikanın rəhbərləri ilə Avropa arasında gələcəkdə əməkdaşlığın qurulması barədə müzakirə aparsın.

Qənizadə tələb edib ki, Avropa Parlamneti bu cür hallarla bağlı nizamnamə qəbul etməlidir: “Bizim ərazimizi işğal edən erməni separatçıları ilə əməkdaşlıq müzakirə olunur, digər ölkədə baş verən oxşar halla bağlı dayanmadan qərarlar qəbul olunur ki, təcili boşaldılmalıdır. Avropa Parlamentinin müəyyən deputatlarının Azərbaycana qarşı olan xoşagəlməz münasibətin bir formasıdır. Bu, yolverilməzdir, Azərbaycana və beynəlxalq hüquqa arxa çevirməkdir. Mən hesab edirəm ki, bizim parlamentarilər də, dövlət qurumları da buna öz münasibət bildirməli, bunu pisləməlidirlər. Biz Avropa Parlamentindən gələcəkdə onun sırasında olan deputatların bu cür hərəkətlərinin qarşısının alınması üçün daxili qaydaların yaradılmasını tələb etməliyik. Bizə məlumat verirlər ki, o, fərdi olaraq öz adından gedib. Bu, ola bilməz. Millət vəkili yalnız evində öz adından danışa bilər. Rəsmi səfərlər qurumun üzvü kimi həyata keçirilir”.


Teqlər:





Xəbər lenti