MSK toplandı, iclas davam edir

MSK toplandı, iclas davam edir
  13 Oktyabr 2014    Oxunub:1578
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. AzVision.az xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub.

MSK sədri Məzahir Pənahov bu ilin mayın 29-da keçirilən iclas protokolunun təsdiq edilməsi ilə bağlı təklif səsləndirib. Təklif böyük səs çoxluğu ilə qəbul olunub.

Həmçinin iclasda MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Prqoramı"na əsasən , aşağı komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məruzə ilə çıxış edib.

N .Məmmədov bildirib ki, bu proqramdan irəli gələn vəzifələri aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi işi ilə bağlı təkliflər səsləndirib.

Daha sonra seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi ilə bağlı MSK-nın sədr müavini Natiq Məmmədov çıxış edib. Bu məsələ də səsə qoyularaq qəbul olunub.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktların dəyişiklik edilməsi ilə bağlı məsələ də səsə qoyularaq yekdilliklə qəbul olunub.

Həmçinin, bəzi seçki dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Təkliflər səsə qoyulub yekdilliklə qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti