Mübariz Qurbanlının mandatı ləğv edildi
AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirillən iclasında bu məsələyə baxılıb və Mübariz Qurbanlının millət vəkili səlahiyyətlərinə xitam verilib.
Xatırladaq ki, bu ilin yulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edirdi.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


