İlham Əliyev: `Rusiya ilə əlaqələrimiz inkişaf edir`

İlham Əliyev: `Rusiya ilə əlaqələrimiz inkişaf edir`
  13 Oktyabr 2014    Oxunub:1828
Rusiya və Azərbaycan arasında hərbi sahə də daxil olmaqla bütün əlaqələr dinamik şəkildə inkişaf edir.

AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Rusiya müdafiə naziri Sergey Şoyqu “Xəzərlə bağlı olan hər şeyin onlar üçün əhəmiyyətli olduğunu bildirib. Şoyqunun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq dinamik şəkildə inkişaf edir, Azərbaycan eyni zamanda müasir silahlar əldə edir.

“Danışıqlarda müzakirə ediləcək məsələlərin bizim münasibətlərə yeni dinamika verəcəyinə ümid edirik”, – deyə rusiyalı nazir vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti