Azərbaycanda 3 seçki dairəsi yaradıldı

Azərbaycanda 3 seçki dairəsi yaradıldı
  13 Oktyabr 2014    Oxunub:2564
Azərbaycanda yeni seçki dairələri yaradılıb.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarına dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirəyə çıxarılıb.

Məsəlı barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, 6 Seçki Dairəsində dəyişiklik etməyə ehtiyac yaranıb. O, 4 dairədə seçicilərin sayı azaldığını, 2 dairədə seçicilərin sayının artdığını xatırladıb. Sumqayıt, Abşeron və Xızı rayonlarını əhatə edən seçki dairələrinin yenidən təşkili və 3 yeni seçki dairəsinin (41, 44 və 50 saylı) yaradılması təklif edilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti