3 yeni seçki dairəsi niyə yaradılıb?
MSK-dan AzVision.az-a verilən məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradılıb. Eləcə də, bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilib.
MSK-nın qərarı ilə həmçinin, Komissiyanın bəzi normativ xarakterli aktlarına və bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, eləcə də cari məsələlərə baxılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


