İki məktəb direktoruna cinayət işi açıldı

İki məktəb direktoruna cinayət işi açıldı
  14 Oktyabr 2014    Oxunub:2667
Bərdə rayonunda iki məktəb direktoru barəsində cinayət işi başlanıb.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin 9 aylıq hesabatında çıxış edən Bərdə rayon prokuroru Rəhim Əliyev bildirib ki, işində yol verdiyi qanun pozuntularına görə iki məktəb drektoru barəsində cinayət işi başlanıb: “Rayon Kətəlparaq kənd orta məktəbinin drektoru Fəxrəddin İsmayılov barəsində açılan cinayət işi istintaq bölməsində aparılır.Lənbərən kənd orta məktəbinin drektoru Pərvin Quluyev barəsində açılan cinayət işinin istintaqı yekunlaşaraq rayon məhkəməsinə verilib”.

Qeyd edek ki ,hər iki məktəb direktoru tutduğu vəzifədən azad edilib.


Teqlər:



Xəbər lenti