Emin Hüseynovun `qeybdən` səsi gəldi - FOTO

Emin Hüseynovun `qeybdən` səsi gəldi - FOTO
  14 Oktyabr 2014    Oxunub:3935
Bu ilin avqust ayından yoxa çıxan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan yeni xəbər var.
AzVision.az-ın məlumatına görə, Emin Hüseynov rəhbərlik etdiyi RATİ adından “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla bağlı bəyanat yayıb.

Bəyanat E.Hüseynovun elektron poçtundan mətbuat nümayəndələrinə göndərilib.



Hazırda Emin Hüseynovun harada olması dəqiq bilinməsə də o və qardaşı Mehman Hüseynovdan iki aydır bir xəbər yox idi.

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil. “Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur”.
Iddialara görə Hüseynov qardaşları İsveç səfirliyində saxlanılır.

A.Rüstəmov


Teqlər:  





Xəbər lenti