Şəmkirdə faciə -1 yaşlı qız yanaraq öldü

Şəmkirdə faciə -1 yaşlı qız yanaraq öldü
  14 Oktyabr 2014    Oxunub:1371
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ümumi sahəsi 335 kv. m olan iki ailəyə məxsus bir çardaq altında tikilmiş arakəsmələri və dam örtüyü taxta konstruksiyalardan ibarət evin vətəndaşa məxsus ümumi sahəsi 225 kv. m olan 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları 165 kv. m sahədə, ev əşyaları qismən, digər vətandaşa məxsus ümumi sahəsi 110 kv. m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv. m, 1 otağının tavanı 20 kv. m sahədə (ümumi 245 kv. m) yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Qələndərova Günay Şahin qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti