Həbsxanaya telefon keçirmək istədi, amma...

Həbsxanaya telefon keçirmək istədi, amma...
  14 Oktyabr 2014    Oxunub:1542
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən həbs edilmiş məhkum Vüqar Şahismayıl oğlu Əmrahova telefon keçirilməsinin qarşısını alıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, məhkumun yanına qəsamüddətli görüşə gəlmiş anası, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan vətəndaş Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilən zaman, əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az



Teqlər:  



Xəbər lenti