Şəmkirdə ev külə döndü

Şəmkirdə ev külə döndü
  15 Oktyabr 2014    Oxunub:1257
Şəmkir rayonunda mənzildə güclü yanğın hadisə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv. m olan (arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti