Qubad İbadoğlu İsa Qəmbərə etiraz etdi
AzVision.az xəbər verir ki, o, bu barədə özünün facebook hesabında yazıb.
Q.İbadoğlu bildirib ki, İsa Qəmbərin səsləndirdiyi sualların hər birinə faktlara söykənən cavabı var:
“Onlardan birini indi açıqlayıram: mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliylini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm. Digərlərinə gəlincə, "Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış"da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq”.
Q.İbadoğlu onu da qeyd edib ki, adı çəkilən arayışda qoyulan məsələlər araşdırılmadan şübhə altına alınır: “Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamışdan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.
Fatimə Kərimli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


