Hacı Qamət İŞİD bayrağı qaldıranı müdafiə etdi
Azərbaycan sələfi təriqətinin lideri kimi tanınan Q.Süleymanov yenidən bu məsələyə aydınlıq gətirərək R.Quliyevin günahsız olduğunu bildirib.
AzVision.az-a açıqlamasında Qamət Süleymanov qaynının İŞİD-çi kimi təqdim edilməsinin doğru olmadığını deyib.
“Sadəcə görüb ki, yerdə bayraq var və üstündə Allahın adı yazılıb. Əyilib və onu götürüb. Buna görə saxlayıblar və araşdırıblar ki, heç bir günahı yoxdur və buraxıblar. Ramil Quliyev müsəlmandır və namaz qılır. Qaldı ki, hansısa nümayiş edib və İŞİD-lə bağlı bayraq qaldırıb, bunlar hamısı səhv məlumatdır. Bundan istifadə edib bu məsələni başqa yerə istiqamətləndirmək səhv hərəkətdir. Adımın bu məsələdə hallanması özümə qəribə gəlir. Belə düşünürəm ki, bu mövzudan istifadə edirlər”.
Qeyd edək ki, Ramil Quliyev bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Həmçinin bildirib ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


