Deputatın müavini Milli Şuradan istefa verdi

Deputatın müavini Milli Şuradan istefa verdi
  15 Oktyabr 2014    Oxunub:1983
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Arif İsmayılbəyli Milli Şuradan istefa verib.
AzVision.az xəbər verir , o bu barədə Facebook səhifəsində bildirib:

"Səhhətimdə bir müddət əvvəl yaranmış problemlərin ard-arda kəskinləşməsi fəal iş rejimində çalışmağıma, siyasi fəaliyyət göstərməyimə çox vaxt maneçilik törədir... Bu proseslər bəzən mənim üçün diskomfort şəraitin yaranmasına gətirib çıxardır...

Yuxarıdakıları nəzərə alaraq, bu gündən hal-hazıra qədər özümün şəxsi razılığımla üzvü olduğum İctimai Palata və Milli Şura üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram. Onsuz da bu qurumların axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim. Üzvü olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də (həm Siyasi Şura üzvü, həm sədr müavini) təmsilçiyimə isə çox güman ki, yaxın zamanlarda aydınlıq gətirəcəyəm... Məni aydın başa düşəcək əqidə dostlarımın hamısına qabaqcadan minnətdarlığımı bildirirəm... Sağ olun".

AzVision.az


Teqlər:  



Xəbər lenti