Azərbaycanın baş ginekoloqu işdən çıxarıldı

Azərbaycanın baş ginekoloqu işdən çıxarıldı
  15 Oktyabr 2014    Oxunub:2324
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib.
AzVision.az xəbər verir ki, nazirlikdən "Trend"-ə verilən məlumata görə, institutun direktoru, respublikanın baş ginekoloqu Faizə Əliyeva pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini professor Cəmilə Qurbanova əvəz edir.

Qeyd edək ki, institutun binası hazırda təmir edilir. Binanın bu ilin sonu, gələn ilin əvvəlində istifadəyə veriləcəyi nəzərdə tutulur.


Teqlər:  



Xəbər lenti